Dünyanın İLKLƏRİ | 7 Maddədə

 

Dünyada ilk dəmir yolu
Dünyada ilk dəmir yolu 1825-ci ildə İngiltərədə çəkilmişdir. Bu nailiyyətdən uzun müddət sonra almaniyalı elektrik mühəndisi Ernst 274 metr uzunluğunda elektrikləşdirilmiş dəmir yol xətti üzərində ilk elektrik lokomotivini nümayiş etdirdi. Bu lokomotiv buxarla işləyən lokomotivlə müqayisədə daha səssiz və təhlükəsiz olmaqla yanaşı, ətraf mühitə də az zərər vururdu.

  Dünyada ilk dəmir yolu


 


Dünyada ilk kağız
Kağız ilk dəfə b.e II əsrində Çində Çay Jun tərəfindən hazırlanmışdır. İlk vaxtlar kağızın hazırlanmasında ipəkdən, tut ağacının qabığından və s. bitki liflərindən istifadə edirdilər. Onun hazırlanma üsulunu çinlilər başqa xalqlardan uzun müddət gizli saxlamışlar.
Avropada ilk dəfə kağız isə yalnız X əsrdə hazırlanıb.

 Dünyada ilk kağız


 

Dünyada ilk tank
Dünyada İlk tank Böyük Britaniyada Birinci dünya müharibəsində yaradılıb. Onun adı Mari 1 olub. İlk tanklar avtomobil motorları ilə təchiz edilrdi. Bu tank 8 km/saat sürətlə hərəkət edə bilirdi. Maraqlıdır ki, ilk tanklar almanlara qarşı isttifadə edilsə də, hazırda dünyada ən güclü tankları istehsal edən ölkələrdən biri məhz Almaniyadır.

 Dünyada ilk tank


 

Dünyada ilk mikrob muzeyi
Dünyada ilk mikrob muzeyi2014-cü Niderlandda Amsterdam şəhərində açılıb. Bu muzey ziyarətçiləri bakteriyalar ilə yaxından tanış edir və onların əsrarəngiz görüntüsünü təqdim edir.
Micropia adlanan muzeyin hazır olması üçün 10 milyon avro vəsait xərclənmiş və 12 il üzərində iş görülmüşdür.

 Dünyada ilk mikrob muzeyi


 

Dünyada ilk internet
Uzun illər davam edən gərgin tədqiqatlardan sonra29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə bildilər.
Bu tarix İnternetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab olunur. 1971-ci ildə isə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuş və bu lk internet ARPANET adlandırılmışdır.
İnternetin qloballaşması isə 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və 1992-ci ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə qoşuldular. Azərbaycanda isə İnternet 1993-cü ildən inkişaf etməyə başlamışdır.

 Dünyada ilk internet


 BAX: Maraqlı faktlar

Dünyada ilk veb-sayt

 

Dünyada ilk veb-sayt6 avqust 1991-ci ildə Tim Barners-Li tərəfindən yaradılmışdır. Həmin saytda o, World Wide Web (WWW) yeni texnologiyası haqqında ümumi məlumat verirdi. Həmin saytda veb-serverlərin və veb brauzerlərin (veb səyyahların) qurulması və işi ilə bağlı da informasiya verilirdi.
Dünyada ilk veb-sayt ünvanı:http://info.cern.ch
Bu sayt həm də sayt dünyada ilk İnternet-kataloqdur. Belə ki, Tim Barners-Li burada digər saytlara keçidlərin siyahısını da göstərdi.

 Dünyada ilk veb-sayt


 

Dünyanın ilk sualtı restoranı

 Dünyanın ilk sualtı restoranı

“Conrad Maldives Otel” adlanan dünyanın ilk sualtı restoranı gozəlliyi ilə hamını heyran edir. Dənizin 5 metr dərinliyində yerləşən akvarium restoranda, islanmadan köpək balıqları, vatozlar, rəqs etmiş kimi minlərlə sardina balıqlarına baxaraq yemək kefi yaşamaq olur. Yalnız 14 nəfərlik yeri olan restoranda bir nəfərin normal yemək yeməsi üçün 330$ gərəkdir.

 

 

0 şərh